EN

Ermənistan-Belarus münasibətləri GƏRGİNLƏŞDİ - Azərbaycan bu məsələdə hansı mövqedə olacaq?

Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.

Bu barədə məlumatı sözügedən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Ani Badalyan açıqlayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini açıqlayıb.


Ölkələr arasındakı münasibətlər indiyədək nə yerdə idi və hazırki vəziyyət münasibətlərə necə təsir edəcək? Bu münasibətlər Azərbaycana necə təsir edə bilər?  


Politoloq Turan Rzayev Referans.az" target="_blank">Referans.az-a verdiyi açıqlamada baş verən proseslərə münasibət bildirib.




“Ermənistan və Belarus münasibətlərinin pisləşməsi və səfirlərin qarşılıqlı şəkildə geri çəkilməsi, əsində, müəyyən qədər gözlənilirdi. Bu mövzu Rusiya-Ermənistan gərginliyi fonunda baş verən bir hadisədir. Rusiya ilə münasibətləri pisləşən Ermənistanın Belarusla münasibətlərini kəsməsində qeyri-adi heç nə yoxdur. Ümumiyyətlə, Lukoşenkonun Azərbaycana olan sevgisi və rəğbəti, habelə məsələlərə Azərbaycan perspektivindən baxması daha çox Ermənistan tərəfini hər zaman narahat edib və təsadüfi deyil ki, Ermənistan da cavab olaraq artıq belə addımlar atır”.


Politoloq bildirib ki, son həm də Ermənistanın bunu etməklə KTMT-dən çıxmaq üçün növbəti addımı atdığını deməyə əsas verir. Rusiya ilə münasibətləri pisləşdikdən sonra növbəti KTMT ölkəsi Belarusla münasibətlərini korlanması, habelə Avrasiya İttifaqından da bənzər formada çıxmaq cəhdlərinın olacağını deməyə əsas verir.


“Ermənsitanın Belarusla münasibətlərinin pozulması indiki məqamda Azərbaycan üçün xüsusi heç nə ehtiva etmir. Yəni bu münasibətlərin varlığı necə ki bizi narahat etmirdi, yoxluğu da bizə təsir etməyəcəkdi. Amma bütün hallarda Ermənistanın MDB ölkələri ilə münasibətlərinin pisləşməsi hazırki məqamda bizim maraqlarımıza uyğundur. Bizim iqtisadi münasibətərimiz inkişaf etdiyi bir məqamda Ermənistanın münasibətlərinin pisləşdirməsi Ermənistanın xarici bazar imkanlarını məhdudlaşdırır. Bu da gələcəkdə Ermənistanla münasibətlərin normallaşması və regionda kominikasiyanın açılmasına fonunda Azərbaycana əlavə dividentlər qazandıra bilər”.

 

Fidan Vəlisoy

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
50
referans.az

10Sources