AZ

“Bu qərar Ermənistanın Rusiyaya müharibə elanı olacaq”

Ermənilərin 4-5 min avro maaş, ildə üç dəfə dəbli kurortlarda istirahət etmək arzusu ölkəyə baha başa gələ bilər

İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı xəyalları Ermənistanla Rusiya arasında münasibətləri gərginləşdirub. Bu yaxınlarda Moskvada keçirilən beynəlxalq forumda Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Aİ-yə daxil olma ehtimalı ilə bağlı Ermənistan hakimiyyətinin bəyanatlarına Rusiyanın reaksiyasının sərt olacağına işarə edib.

Politoloq, “APRI Armenia” tədqiqat mərkəzinin analitiki Beniamin Poqosyan deyib ki, əgər Ermənistan Aİ-yə üzv olmaq arzusunu rəsmən bəyan edərsə, bu o deməkdir ki, Ermənistan ilk növbədə Avrasiya İqtisadi İttifaqından(Aİİ) çıxmalıdır. “Ermənistanın Aİ ilə assosiativ saziş imzalaya, Aİ ilə azad ticarət zonasına malik olması üçün Avrasiya İqtisadi Birliyini tərk etməlidir. Birincisi, Ermənistan Aİİ-dən çıxmaq prosesinin başlandığını rəsmən elan etməli, onu başa çatdırmalı və yalnız bundan sonra Aİ ilə assosiasiya sazişinin imzalanmasına başlamaq mümkün olacaq . Aydındır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxdığını rəsmən bəyan etsə, bu, Rusiyada çox mənfi qarşılanacaq. Bu, Moskva üçün ən həssas və sərt “qırmızı xətt”lərdən biridir.

PAS-İC.jpg

İrəvan bununla razılaşarsa, bu addım Ermənistanın KTMT-dən qanuni şəkildə çıxmasından daha həssas qarşılanacaq. Mən deyərdim ki, Rusiyada Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi baza ilə bağlı müqaviləni Ermənistanın ləğv etməsi kimi mənfi qarşılanacaq. Rusiya belə bir addımı Ermənistanın düşmən dövlətə çevrilməsi kimi qəbul edəcək. Yəni faktiki olaraq Rusiyaya müharibə elan edir. Və bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır”.

Politoloq daha sonra deyib: “Biz istədiyimiz qədər bəyan edə bilərik ki, bu, Ermənistan-Rusiya münasibətlərində qətiyyən heç nəyi dəyişmir, biz Avrasiya İqtisadi İttifaqından kənarda Rusiya ilə dost ola bilərik. Amma erməni hakimiyyətinin burada nə deməsi önəmli deyil, bunun Moskvada necə qarşılandığı önəmlidir. Mənim anladığım qədər, bu, Rusiyaya müharibə elanı kimi qəbul ediləcək. Mən hələ iqtisadi nəticələrdən danışmıram. Yenə də iqtisadi baxımdan Ermənistan Rusiyadan daha çox asılıdır və son illər bu asılılıq daha da artıb. Ticarət dövriyyəsi yüksək sürətlə artır və Rusiya ilə ticarətin 2024-cü ildə 10 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Yəni iqtisadi baxımdan belə, başa düşdüyüm qədər, nəticələri çox ağır olacaq. Bu baxımdan, düzünü desəm, əmin deyiləm ki, Ermənistan hökuməti indi həqiqətən də Aİİ-dən mümkün çıxış məsələsini müzakirə edir…”

Poqosyan “Aİİ-dən çıxdıqdan sonra yaranacaq təhlükələrə rəğmən, niyə Paşinyan davamlı olaraq Aİ-yə daxil olmaq niyyətini bəyan edir” sualına belə cavab verib:

1040541608_0-0-2934-1651_1920x0_80_0_0_f70ede891c2de2d1d738023c8e717cff

“Baxın, Nikol Paşinyan, səhv xatırlamıramsa, 2022-ci ilin sonunda bəyan etdi ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir. Eyni şey 2023-cü ildə və indi də deyir. Amma sülh müqaviləsi imzalanıbmı? Bu baxımdan Paşinyan istəklərdən danışa bilər, lakin onlar mütləq reallığa çevrilməyəcək. Başqa bir şey də budur ki, bu bəyanatlar kifayət qədər maraqlı daxili siyasi kontekst və məqsəd daşıyır. Daxili siyasi vəziyyəti götürsək, aydın olur ki, parlamentdənkənar, belə demək mümkünsə, Qərbyönlü partiyalar 2026-cı il parlament seçkiləri üçün seçki kampaniyasını Ermənistanın Avropa yolu şüarı altında qurmaq istəyirlər. Səbəbi aydındırmı? Bunu eşitmək xoşdur, cəmiyyət məyusdur və mürəkkəb problemlərin asan həllini istəyir. Bundan başqa kim istəməz ki, Avropa İttifaqına üzv olmaq? Xüsusilə nəzərə alsaq ki, çoxları Aİ-nin əslində nə olduğunu və avropalıların necə yaşadığını belə başa düşmür. Qorxuram ki, Ermənistanın bir çox vətəndaşı Avropa İttifaqını minimum əmək haqqının 4-5 min avro diapazonunda olduğu, insanların ildə üç dəfə, kifayət qədər bahalı və dəbli kurortlarda istirahət edə biləcəyi yer kimi qəbul edir. Bu baxımdan Aİ-yə üzvlüklə bağlı söhbətlər daha çox daxili auditoriyaya hesablanıb” .(Musavat.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
medianews.az

10Mənbələr