EN

Ermənistanda rəsmilərə Belarus qadağası... - FOTO

Ermənistanda Baş nazir Nikol Paşinyanın Administrasiyasının rəhbəri Arayik Arutyunyan yüksəkvəzifəli şəxslərə Belarusa rəsmi səfərləri istisna etməyi tapşırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Nəşr dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış sərəncamın fotosunu da dərc edib.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bəyan edib. Bundan sonra isə Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb.

Belarus Xarici İşlər Nazirliyi isə açıqlamasında ölkənin Ermənistandakı səfiri Aleksandr Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirib.

Qeyd edilib ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
114
1
milli.az

3Sources