EN

Tofiq Yaqublunun məhkəməsi başladı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən iclasda müttəhimlərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Həbsdə mühakimə edilən təqisirləndirilən şəxslərin ikisi də dələduzluqda ittiham olunur.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda Yaqublunun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin cinayət işinə xitam verilməsini, əks halda ev dustaqlığına buraxılmasını istəyib.

Prokuror qaldırılan vəsatətlərin əsassız olduğu üçün təmin edilməməli olduğunu deyib. Məhkəmə prokurorla razılaşıb. Vəsatətlər əsassız sayılaraq rədd edilib. 

İlk baxış iclası iyunun 21-nə təyin edilib.

Chosen
85
5
demokrat.az

5Sources