EN

Ukraynada şəhər şurasının məmuru FSB agenti çıxdı - FOTO

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) işləyən Xmelnitski Şəhər Şurasının departamentlərindən birinin rəhbərini saxlayıb.

News365.az xəbər verir ki, bu barədə təhlükəsizlik xidməti məlumat yayıb. Qeyd edilir ki, məmur Ukrayna hərbçilərinin bölgədəki dislokasiya məntəqələri və yaşayış yerləri barədə düşmən üçün məlumatlar toplayıb. Rusları isə ən çox Ukrayna ordusunun bölmələri və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri haqqında kəşfiyyat məlumatları maraqlandırıb.

Agent həmçinin cəbhə xəttinə göndərilən Ukrayna pilotsuz təyyarələrinin istehsal olunduğu ünvanları da müəyyən etməyə çalışıb.  Məlumata görə, ruslar bu informasiyalardan raket, həmçinin mümkün təxribat və terror hücumları hazırlamaq üçün istifadə etməyi planlaşdırıblar.

Tural


Chosen
141
news365.az

1Sources