EN

"PAŞA Holding" şəhid ailələrinə bayram sovqatları çatdırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi "Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırır. 2023-cü ildən etibarən "PAŞA Holding" 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə "PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Qurban Bayramı münasibəti ilə təqdim edilən sovqatlar iyun ayının əvvəlindən "Bravo" supermarketlər şəbəkəsi tərəfindən "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib ki, hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də daxildir. Belə ki, "PAŞA Holding" və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün təşkil olunmuş proqram çərçivəsində onlar genişləndirilmiş sığorta paketi ilə də təmin olunublar ki, bu paket digər xidmətlər ilə yanaşı stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına yeni dərs ilində məktəbli ləvazimatlarının təqdim edilməsi də planlaşdırılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
50
oxu.az

10Sources