EN

Avro-2024: İngiltərə millisinin üzvlərinə gözlənilməz məsləhət

Şahzadə Uilyam Avropa çempionatında iştirak edəcək İngiltərə millisinin düşərgəsinə baş çəkib.

Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, o, görüş zamanı 6 yaşlı oğlu Luisin məsləhətini oyunçulara çatdırıb.

“Oğlum sizə həmişəkindən iki dəfə çox yemək yeməyi məsləhət görüb. Düzdür, belə olarsa, meydanda qaçmağınızı təsəvvür edə bilmirəm. Odur ki, kiçik oğlumun dediklərinə yox, fizioterapevtə qulaq asmaq daha yaxşı olar”, - şahzadə Uilyam bildirib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatı bu gün start götürəcək. İngiltərə millisi Serbiya, Danimarka və Sloveniya ilə birlikdə B qrupunda mübarizə aparacaq.


Chosen
77
1
sportnet.az

2Sources