Azərbaycan samboçusu Rəsul Aydəmirov Rusiyanın Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində fəxri kürsüyə qalxıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 98 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.