EN

Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək- SƏRƏNCAM

Image

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində 450 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etməli; yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görməli, yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.





Chosen
127
10
baki-xeber.com

10Sources