Səudiyyə Ərəbistanı klubu \"Əl-Əhli\" \"Napoli\"nin ulduzu Viktor Osimhenə yeni təklif göndərmək niyyətindədir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, \"Əl-əhli\" nigeriyalı futbolçunu üçün 150 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, ərəblər daha əvvəl 120 milyon avro təklif göndərmişdilər. Amma \"Napoli\" Osimheni bu məbləğə satmağa razı olmamışdı.