Manset.az xəbər verir ki, 24 yığmanın iştirakı ilə keçiriləcək qitə çempionatının açılış matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq. Münhen şəhərindəki “Allianz Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Xatırladaq ki, A qrupunun digər oyunu sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək. Qeyd edək ki, qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 kollektiv 1/8 finala yüksələcək. Qrup oyunları iyunun 26-da başa çatacaq.
İyunun 29-da 1/8 final mərhələsinin görüşləri start götürəcək.