EN

Qaxa güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib

Qax rayonunun ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Anons.az xəbər verir ki, report-un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxbaş kəndinə və şəhər ərazisinə yağış yağıb. Daha sonra isə doluya çevrilib.

Yarım saata kimi davam edən dolu nəticəsində bostan-tərəvəz, həmçinin meyvə ağaclarına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.

Chosen
117
7
anons.az

5Sources