EN

Qisas almaq üçün həmkəndlisini öldürdü

İyunun 13-də bir nəfər Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.

Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
17
unikal.az

10Sources