EN

Sellofanla “təmir edilmiş” işıqforla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə işıqforun sellofanla “təmir edildiyi”ni əks etdirən görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov özünün “Facebook” hesabında məsələyə aydınlıq gətirib.

“Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib.

Bu foto bu gün sosial şəbəkələrdə geniş paylaşıldı. İstifadəçilərin də çoxu ancaq mənfi fikirlər yazdılar.

Bir nəfər də olsun, həmin vətəndaşa təşəkkür etmədi, sağ ol demədi.

Mən həmin vətəndaşa çox sağ ol deyirəm. O ekranı ora asmaya və yol polisinə məlumat verməyə də bilərdi. Ancaq bir çoxlarından fərqli olaraq sürücülərə kömək etməyi əsas tutdu”, - deyə NİİM nümayəndəsi qeyd edib.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
bizim.media

8Sources