AZ

“Bir nəfər bu vətəndaşa təşəkkür etmədi“ - FOTO

"Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib.

 News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

"Bu foto bu gün sosial şəbəkələrdə geniş paylaşıldı. İstifadəçilərin də çoxu ancaq mənfi fikirlər yazdılar.

Bir nəfər də olsun, həmin vətəndaşa təşəkkür etmədi, sağ ol demədi.

Mən həmin vətəndaşa çox sağ ol deyirəm. O ekranı ora asmaya və yol polisinə məlumat verməyə də bilərdi. Ancaq bir çoxlarından fərqli olaraq sürücülərə kömək etməyi əsas tutdu."

Həmin fotonu təqdim edirik:

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
news365.az

8Mənbələr