EN

Ərzaqlıq buğda ilə bağlı İşçi Qrupunun iclası keçirilib - FOTO

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası məqsədilə yaradılmış İşçi Qrupunun 8-ci iclası keçirilib. 

 

Modern.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sədrlik etdiyi iclasda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı, İqtisadiyyat, Maliyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları agentliklərinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər. 

 

İclasda ərzaqlıq buğda proqramının 2022-2023 və 2023-2024 təsərrüfat ili çərçivəsində icra vəziyyəti təhlil edilib, pivot suvarma sistemləri qurmaq üçün yeni müraciət etmiş fermerlərin üzləşdikləri çətinliklər, infrastruktur (suvarma suyu və elektrik enerjisi) təminatı, 2024-cü ilin məhsulu üçün ərzaqlıq buğdanın tədarükünün təşkili və ərzaqlıq buğda proqramının icrası çərçivəsində qarşılaşılmış digər məsələlərin müzakirəsi aparılıb və bu məsələlərin həlli istiqamətində qərarlar qəbul edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
2
modern.az

3Sources