AZ

Ərzaqlıq buğda proqramının icra vəziyyəti təhlil edilib – FOTO

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanının icrası məqsədilə yaradılmış İşçi qrupunun 8-ci iclası keçirilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sədrlik etdiyi iclasda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları agentliklərinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, iclasda ərzaqlıq buğda proqramının 2022-2023-cü və 2023-2024-cü təsərrüfat ili çərçivəsində icra vəziyyəti təhlil edilib, pivot suvarma sistemləri qurmaq üçün yeni müraciət etmiş fermerlərin üzləşdikləri çətinliklər, infrastruktur (suvarma suyu və elektrik enerjisi) təminatı, 2024-cü ilin məhsulu üçün ərzaqlıq buğdanın tədarükünün təşkili və ərzaqlıq buğda proqramının icrası çərçivəsində qarşıya çıxan digər məsələlərin müzakirəsi aparılıb və bu məsələlərin həlli istiqamətində qərarlar qəbul edilib.

DOĞRU.AZ

image-171828661681898520_1200x630 image-1718286616664441108_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
dogru.az

3Mənbələr