EN

Alim hər gün onu ağcaqanadların dişləməsinə razı olub

 
"Bizim tədqiqat "Wolbachia" adlı təbii bakteriyaların Denge qızdırmasının ağcaqanadlarla ötürülməsinin azaldılması üçün istifadə edilməsinə yönəlib..."
 
"Ağcaqanad dişləməsi zamanı bir qədər rahatsızlıq olur, lakin mən hazırda bunu demək olar ki, hiss etmirəm..."
 
Melburn Universitetinin elmi əməkdaşı Perran Ross on il öncə ağcaqanadlarla işləməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri yazıb.
 
Ağcaqanad dişləməsinin narahatlıq və aramsız qaşınma törətməsinə rəğmən, 34 yaşlı alim deyir ki, bu, tamamilə təhlükəsizdir.
 
"Mən bu sahəyə bu işin ətraf mühitə gerçək təsiri səbəbindən gəlmişəm. Qısa desəm, bizim tədqiqat "Wolbachia" adlı təbii bakteriyaların Denge qızdırmasının ağcaqanadlarla ötürülməsinin azaldılması üçün istifadə edilməsinə yönəlib.
 
Bu, ötürücü ağcaqanadların vəhşi təbiətə çıxması və orada ağcaqanadların yerli populyasiyasında yayılması yolu ilə baş verir.
 
"Wolbachia" bakteriyalarını ötürən ağcaqanadların virusları yaymaq qabiliyyəti xeyli azdır. Mahiyyət etibarilə bu, ağcaqanadlar üçün peyvənddir.
 
Bu yanaşma inanılmaz dərəcədə uğurlu olub, "Wolbachia" bakteriyalarının buraxıldığı bir çox yerlərdə Denge qızdırması ilə xəstələnmə halları xeyli azalıb", - Perran deyib.
 
Ağcaqanad dişləməsinə tamamilə könüllü olaraq razı olan Perran deyir ki, bu, onun xoşuna gəlir.
 
"Ağcaqanadlarla tədqiqatımızı aparmaq üçün biz onları bir çox nəsillər ərzində laboratoriyalarda saxlamaq imkanına malik olmalıyıq. 
 
Ağcaqanadların bir çox növlərinə yumurta qoymaq üçün qan lazımdır və bunu etməyin ən yaxşı üsulu canlı sahibindən istifadə etməkdir.
 
Könüllü insanların qanı ilə qidalanma təhlükəsizdir. Bizim işlədiyimiz ağcaqanadlar heç bir xəstəlik ötürmür və biz potensial risklərin azaldılması üzrə bir sıra tədbirlər görürük və bu, mənəviyyat komitəsi tərəfindən bəyənilib.
 
Alim deyir ki, "bir qədər raharsızlıq olur, amma mən hazırda ağcaqanadların dişləməsini demək olar ki, hiss etmirəm.
 
Ən xoşagəlməz hissiyat bundan sonra yaranan qaşınmadır. Mən bunu ilk dəfə edəndə əlim bir həftə qaşınıb, amma indi bir-iki günə keçib gedir".
 
Yeri gəlmişkən, heç də hamı Perranın tədqiqat metodlarını qəbul etmir. Lakin o, deyir ki, onun səyləri bir çox insanlar tərəfindən hörmətlə qarşılanır. O, deyib: 
 
"Çoxları nə ilə məşğul oldiğumuzu deyəndə elə düşünür ki, mən zarafat edirəm. Sonra ciddi olduğumu anlayandan sonra buna münasibət ikrah hissindən ruh yüksəkliyi hissinədək müxtəlif olur. Bir çoxları məndən onların könüllülər ola biləcəyini soruşur. 
 
Mən artıq 10 ildən çoxdur ki, könüllülük fəaliyyətilə məşğulam və bu illər ərzində, görünür, 5 litrdən artıq qan itirmişəm,  bunun qəflətən baş verəcəyi halda mən ölə bilərdim".
 
Perran həmçinin ağcaqanadların o cümlədən qidaya qarşı iradçıl olması barədə bəzi geniş yayılmış mifləri dağıdıb. O, deyib:
 
"Hər dişi ağcaqanad cəmi bir neçə mikrolitr qan içir. Biz öz tədqiqatlarımızda hər populyasiyadan təxminən 250 ağcaqanad saxlayırıq.
 
Bizim eyni zamanda 10-20 populyasiyamız olur. Bu o deməkdir ki, gün ərzində biz 3 min ağcaqanadı qidalandıra bilirik (bu, 10 ml qan deməkdir). 
 
Ağcaqanadlar barədə ən çox verilən sual onların bir adamı digərindən üstün tutmasıdır. Hazırda biz bu məsələni araşdırırıq. 
 
Ağdaqanad dişləməsinə reaksiya çox müxtəlifdir. Bəziləri buna əhəmiyyət vermir və qaşınmır, digərlərində uzun müddət ərzində qaşınan böyük yaralar əmələ gəlir".
Chosen
107
moderator.az

1Sources