Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
Sfera.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.
Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:
“VÉ™ziyyÉ™tin inkiÅŸafını nÉ™zÉ™rÉ™ alaraq, yaxın vaxtlarda Ä°rÉ™vandan olan sÉ™firimiz dÉ™ MinskÉ™ gÉ™lÉ™cÉ™k”.
O vurğulayıb ki, əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil.