EN

“Sabah” xəsislik etdi, “Zirə” kisənin ağzını açdı, transfer gerçəkləşdi

“Zirə” növbəti transferini gerçəkləşdirib.

“Kəpəz”dən tanıdığımız Junior Martins bundan sonra “qartallar”ın uğurları üçün tər tökəcək.

Yaxın günlərdə Bakıya gələcək braziliyalı vinger qəsəbə təmsilçisi ilə 2 illik müqavilə bağlayacaq.

Maraq üçün bildirək ki, Martinsin xidmətində “Sabah” da maraqlı idi.

“Kəpəz”in qarşı tərəfdən 100 min manat tələb etməsi transferin gerçəkləşməsini əngəlləyib. “Tələbələr” Gəncə təmsilçisinə transfer haqqı olaraq 80 min manat ödəməyə hazır imiş.

“Kəpəz” həmin məbləğə razılaşmayınca araya “Zirə” girib. Rəşad Sadıqovun istəyi ilə klublar arasında başlanan danışıqlar müsbət yekunlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
154
sportinfo.az

1Sources