Kişi basketbolçulardan ibarət Türkiyə çempionatının qalibi bəlli olub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, final seriyasının dördüncü oyununda “Fənərbağça Beko” və “Anadolu Efes” komandaları üz-üzə gəlib. Rəqibini 80:72 hesabı ilə məğlub edən “sarı-lacivərdlilər” XI dəfə kuboka sahib çıxıblar – 3:1
Komanda sonuncu dəfə 2021-2022-ci illər mövsümündə qızıl medallara yiyələnmişdi.
Qeyd edək ki, bununla da “Fənərbağça”nın həm kişi, həm də qadın basketbol komandası bu mövsüm Türkiyə çempionu və ölkə kubokunun qalibi olub.
Mənbə: AZƏRTAC