Növbəti mövsümdən premyer-liqada mübarizə aparacaq "Şamaxı"da yeni baş məşqçi təyinatı rəsmiləşib.
“Football-plus.az” xəbər verir ki, bu vəzifəyə Ayxan Abbasov gətirilib. 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Abbasovun son iş yeri bu yay ayrıldığı "Turan Tovuz" olub.