EN

Böyük Britaniyanın baş naziri G7 sammitində Kiyevə yeni yardımı açıqlayacaq

Böyük Britaniyanın baş naziri G7 sammitində Kiyevə yeni yardımı açıqlayacaq




Böyük Britaniyanın baş naziri Rişi Sunak G7-nin İtaliyada keçiriləcək sammiti zamanı Ukraynaya 242 milyon funt sterlinq (286,4 milyon avro) ayrılması qərarını açıqlayacaq. Bu barədə Britaniya hökuməti bildirib.Qeyd edilir ki, bu vəsait Londonun təcili adlandırdığı Ukraynanın “humanitar, enerji və sabitləşmə ehtiyacları” üçün istifadə olunacaq.Britaniya hökuməti də hesab edir ki, bu, “uzunmüddətli iqtisadi və sosial dirçəliş üçün” təməl qoyacaq.İyunun 12-də məlum olub ki, G7 ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etməklə 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmağa razılaşıblar.Mənbə: Haber Global

Chosen
127
1
patrul.az

2Sources