EN

Toydan qayıdan mikroavtobus qəzaya düşdü: Xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı mikroavtobus ilə VAZ-2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Chosen
233
50
oxu.az

10Sources