Bakı. Trend:
Cennaro Qattuzo “Hayduk”un baş məşqçisi təyin olunub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə Split klubu məlumat yayıb.
İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Qattuzonövbəti həftə “Hayduk”un stadionunda idman ictimaiyyətinə təqdimolunacaq. Onun qarşısında Xorvatiya çempionu titulunu qazanmaqvəzifəsi qoyulub.
Qeyd edək ki, Qattuzo məşqçilik karyerası ərzində “Milan”,“Napoli”, “Valensiya” və “Marsel”ə rəhbərlik edib.