EN

RegionErmənistanda parlament yaxınlığında qarşıdurma zamanı 17 polis yaralanıb

Ermənistan parlamentinin binası yaxınlığında müxalifət fəalları ilə toqquşma zamanı azı 17 polis əməkdaşı yaralanıb.

"Far.Az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Koçaryan deyib.

Tibb mərkəzlərinə ümumilikdə 79 mülki şəxs və polis əməkdaşı müraciət edib.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
5
far.az

6Sources