AZ

Qarşıdurma zamanı 17 polis yaralandı

Ermənistan parlamentinin binası yaxınlığında müxalifət fəalları ilə toqquşma zamanı azı 17 polis əməkdaşı yaralanıb.

 

Bunu İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Koçaryan deyib.

 

Tibb mərkəzlərinə ümumilikdə 79 mülki şəxs və polis əməkdaşı müraciət edib.

 

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.

 

Report

Tarix: 13 İyun 2024, 05:19   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
pravda.az

6Mənbələr