EN

Zelenski Səudiyyə Ərəbistanına elan olunmamış səfər edib

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına elan edilməmiş səfər edib. 

525.az xəbər verir ki, bu barədə  Səudiyyə Ərəbistanının rəsmi mediası məlumat yayıb. 

Zelenski Ciddə şəhərinə gəlib və Səudiyyə rəsmiləri tərəfindən qarşılanıb. 

Ukrayna lideri bu ölkənin vəliəhd şahzadəsi  Məhəmməd bin Salman ilə görüşüb.Görüşdə ikitərəfli münasibətlər, Qlobal Sülh Sammitinə hazırlıq və Ukraynada sülhün bərqərar olması perspektivləri müzakirə edilib. Əvvəlki razılaşmaların həyata keçirilməsinin müsbət dinamikası, səmərəli əməkdaşlığın davam etdiyi vurğulanıb.
q qeyd olunub.
 






















Bizi İnstagramda izləyin

Chosen
139
26
525.az

10Sources