AZ

“Qadınlar hicaba bürünməyə məcbur deyillər“ - Səudiyyə şahzadəsi

“Qadınlar qara çadra geyinmək məcburiyyətində deyillər”

Bu sözləri CBS kanalına müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman deyib.

O bildirib ki, qadınların “düzgün və hörmətli” geyinmək şərti ilə çadraya bürünməyə məcbur deyillər. Müsahibəsi zamanı Bin Salman şəriət qanunlarında hər şeyin açıq şəkildə göstərildiyini deyib: “Qadınlar da kişilər kimi düzgün və ədəbli geyinirlər. Ancaq burada qara çadra və ya hicabdan bəhs edilmir. Düzgün və ədəbli olmaqla, nə geyinəcəyinə qadınlar qərar verməlidir”.

Qeyd edək ki, son zamanlarda Səudiyyə Ərəbistanında qadınlara maşın sürməyə və idman tədbirlərində iştirak etməyə icazə verilib. Ölkədə ictimai kinoteatrlara qoyulan 30 illik qadağa da aradan qaldırılıb. Qadınların çoxunun qara çardaq geyindiyi Səudiyyə Ərəbistanında son zamanlar rəngli çadralar daha çox yayılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
26
news365.az

10Mənbələr