EN

Azərbaycan futbolsevərlərinə süpriz: İlk dəfə...

Azərbaycan tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov bildirib.O, iyulun 14-də baş tutacaq həlledici matça xüsusi hazırlaşdıqlarını bildirib:"Çəkiliş qrupumuz bu görüşə yollanacaq. Tural Dadaşov qarşılaşmanı Almaniyanın paytaxtı Berlindəki Olimpiya stadionundan şərh edəcək. Mən və Elnur Əliyev finaldan əvvəl canlı bağlantılar həyata keçirəcəyik. Planlarımız çoxdur. Həmin ab-havanı tamaşaçılara çatdırmağa çalışacağıq".

Chosen
87
1
mediaxeberleri.az

2Sources