"Turan Tovuz"un türkmənistanlı baş məşqçi Qurban Berdıyevlə müqavilə bağlayacağı tarix müəyyənləşib.BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti-yə "Turan Tovuz" klubunun İdarə Heyətinin üzvü Əli Balakişiyev məlumat verib. 71 yaşlı mütəxəssis iyunun 18-də Bakıya gələcək və həmin gün onunla müqavilə bağlanacaq.