EN

Azərbaycan əhalisi 5 ayda dərmana yarım milyard manat xərcləyib

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 505.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-may aylarına nisbətən 1.4% azalıb.

Bu ilin 5 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
147
49
banker.az

10Sources