EN

SIRI Azərbaycanın strateji rəqəmsal hədəflərinə tam uyğundur - UNESCAP

Bakı. Trend:

"Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) Azərbaycanın stratejirəqəmsal hədəflərinə tam uyğundur.

Trend xəbərverir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi vəSosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus bu günBakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrəseminarda çıxışında deyib.

"Bu gün istehsalat sahəsində qlobal dəyişikliklər dövründəyaşayırıq və SIRI sektorun sürətləndirilmiş rəqəmsallaşmasınındördüncü sənaye inqilabının əsasına çevrildiyi bu yeni dünyadanaviqasiyada əsas rol oynayır. SIRI istehsalat şirkətlərinin sənaye4.0 transformasiyasına rəhbərlik üçün lazımi çərçivəni təmin edir",- deyə o vurğulayıb.

Onun sözlərinə görə, SIRI sadəcə diaqnostika aləti deyil.

"Bu gün SIRI-nin müəssisələrə məlumatlara əsaslanan ağıllıistehsal strategiyalarını həyata keçirməyə və artım üçün yeniyollar açmağa necə kömək edə biləcəyini müzakirə edəcəyik. Qeydetmək lazımdır ki, SIRI sadəcə diaqnostika aləti deyil. Bu,bizneslərə investisiyaları daha yaxşı prioritetləşdirməyə,resursları optimallaşdırmağa və əməliyyat mükəmməlliyinə və rəqabətqabiliyyətini artırmağa gedən yolu sürətləndirməyə imkan verməkləməlumatların idarə edilməsinə daha səmərəli yanaşmaya imkan verənkompleks həldir. Bundan başqa, SIRI Azərbaycanın strateji rəqəmsalhədəflərinə tam uyğundur. Ölkə şirkətləri ağıllı istehsalattəcrübələrini tətbiq etməklə biliklərə əsaslanan iqtisadiyyatınqurulmasına töhfə verir, innovasiyalara imkan yaradır, ixracınartımını dəstəkləyir və xarici investisiyaları cəlb edir", - deyə oqeyd edib.

Straus həmçinin qeyd edib ki, SIRI hökumət, sənaye və akademikcəmiyyət arasında əməkdaşlıq üçün ümumi dil və çərçivə təklifedir.

"Bu, istehsalat sektorunda artımı və rəqabət qabiliyyətinidəstəkləyə bilən daha dinamik ekosistem yaratmağa kömək edir.Bugünkü seminar zamanı SIRI strukturunun təfərrüatını ayırd edəcək,uğurlu ağıllı fabriklərin transformasiya nümunələrini araşdıracaqvə qiymətləndirmə nəticələrinin interpretasiyası və onların tətbiqiüçün yol xəritələrinin hazırlanmasına dair praktik tövsiyələrtəqdim edəcəyik. Ümid edirik ki, bu sessiyanın sonunda SIRI-ninrəqəmsal dövr ərzində sizin transformasiyanız üçün necə katalizatorola biləcəyi və sahənizin rəqəmsal transformasiyanıza necə töhfəverə biləcəyinə dair aydın təsəvvür formalaşacaq", - deyə o əlavəedib.

Qeyd edək ki, "Ağıllı Sənaye Hazırlığı İndeksi" Sinqapurİqtisadi İnkişaf Şurası tərəfindən aparıcı texnologiya, konsaltinqşirkətləri, eləcə də sahə üzrə və elmi ekspertlərin tərəfdaşlığıilə hazırlanıb. "SIRI" qiymətləndirmə metod qlobal miqyasdarəqəmsal transformasiyanı sürətləndirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
1
az.trend.az

2Sources