AZ

SIRI Azərbaycanın strateji rəqəmsal hədəflərinə tam uyğundur - UNESCAP

Bakı. TurkicWorld :

"Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) Azərbaycanın strateji rəqəmsal hədəflərinə tam uyğundur.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarda çıxışında deyib.

"Bu gün istehsalat sahəsində qlobal dəyişikliklər dövründə yaşayırıq və SIRI sektorun sürətləndirilmiş rəqəmsallaşmasının dördüncü sənaye inqilabının əsasına çevrildiyi bu yeni dünyada naviqasiyada əsas rol oynayır. SIRI istehsalat şirkətlərinin sənaye 4.0 transformasiyasına rəhbərlik üçün lazımi çərçivəni təmin edir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, SIRI sadəcə diaqnostika aləti deyil.

"Bu gün SIRI-nin müəssisələrə məlumatlara əsaslanan ağıllı istehsal strategiyalarını həyata keçirməyə və artım üçün yeni yollar açmağa necə kömək edə biləcəyini müzakirə edəcəyik. Qeyd etmək lazımdır ki, SIRI sadəcə diaqnostika aləti deyil. Bu, bizneslərə investisiyaları daha yaxşı prioritetləşdirməyə, resursları optimallaşdırmağa və əməliyyat mükəmməlliyinə və rəqabət qabiliyyətini artırmağa gedən yolu sürətləndirməyə imkan verməklə məlumatların idarə edilməsinə daha səmərəli yanaşmaya imkan verən kompleks həldir. Bundan başqa, SIRI Azərbaycanın strateji rəqəmsal hədəflərinə tam uyğundur. Ölkə şirkətləri ağıllı istehsalat təcrübələrini tətbiq etməklə biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına töhfə verir, innovasiyalara imkan yaradır, ixracın artımını dəstəkləyir və xarici investisiyaları cəlb edir", - deyə o qeyd edib.

Straus həmçinin qeyd edib ki, SIRI hökumət, sənaye və akademik cəmiyyət arasında əməkdaşlıq üçün ümumi dil və çərçivə təklif edir.

"Bu, istehsalat sektorunda artımı və rəqabət qabiliyyətini dəstəkləyə bilən daha dinamik ekosistem yaratmağa kömək edir. Bugünkü seminar zamanı SIRI strukturunun təfərrüatını ayırd edəcək, uğurlu ağıllı fabriklərin transformasiya nümunələrini araşdıracaq və qiymətləndirmə nəticələrinin interpretasiyası və onların tətbiqi üçün yol xəritələrinin hazırlanmasına dair praktik tövsiyələr təqdim edəcəyik. Ümid edirik ki, bu sessiyanın sonunda SIRI-nin rəqəmsal dövr ərzində sizin transformasiyanız üçün necə katalizator ola biləcəyi və sahənizin rəqəmsal transformasiyanıza necə töhfə verə biləcəyinə dair aydın təsəvvür formalaşacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, "Ağıllı Sənaye Hazırlığı İndeksi" Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən aparıcı texnologiya, konsaltinq şirkətləri, eləcə də sahə üzrə və elmi ekspertlərin tərəfdaşlığı ilə hazırlanıb. "SIRI" qiymətləndirmə metod qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
turkic.world

2Mənbələr