İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinə ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb.
Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumatda 16 yaşlı yeniyetmənin yerindəcə keçindiyi, 15 yaşlı yeniyetmə qız və oğlanın isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldıqları bildirilib.