EN

Leysan və külək Göyçayda fəsadlar törədib

Dünən gecə saatlarından başlayan leysan yağışları Göyçay rayonunda fəsadlar törədib.

APA-nın Şirvan bürosu xəbər verir ki, küləklə müşayiət olunan leysan yağışları Göyçay rayonunda ağacların aşmasına, bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

Rayonun Yalman kəndində sakinə məxsus anbarın divarları və dam örtüyü uçub. Külək və yağışlar digər kəndlərdə də divarlarının uçmasına və yararsız hala düşməsinə səbəb olub.

Aparılan təmir-bərpa işləri nəticəsində artıq bir çox ərazilərə elektrik enerjisinin verilməsi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
110
3
apa.az

4Sources