EN

Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasiminin vaxtı açıqlandı

İyunun 13-də futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

\"Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, AFFA F.Santuşla AVRO-2028-in seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.
Chosen
119
10
azxeber.com

10Sources