EN

Ağ Ev Fransadakı növbədənkənar parlament seçkisinə münasibət bildirib

Bakı. Trend:

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con KirbiAvropa Parlamentinə keçirilən seçkilərin nəticələrinin birmənalıolmadığını deyib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Ağ Ev nümayəndəsi bu barədəjurnalistlər üçün onlayn brifinqdə deyib.

"Bəzi ölkələrdə və bütünlüklə Avropada nəticələr birmənalıolmadı", lakin demokratiya budur, - o deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti Avropa Parlamentinintərkibindən asılı olmayaraq, Avropadakı müttəfiqləri ilə əməkdaşlıqetməyə davam edəcək.

"Biz Avropa qitəsindəki müttəfiq və tərəfdaşlarımıza hörmətedirik və mütləq inanırıqı ki, Avropa Parlamentində kimin yeralacağından asılı olmayaraq, Aİ ilə işləməyə davam edə biləcəyik",- o deyib.

Ağ Ev nümayəndəsi, həmçinin. Fransa parlamentinin buraxılmasınavə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə münasibətbildirib.

"Prezident Fransanın demokratik yolla seçilmiş liderlərinin kimolmasından asılı olmayaraq onlarla işləyəcək", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
2
az.trend.az

3Sources