AZ

Ağ Ev Fransadakı növbədənkənar parlament seçkisinə münasibət bildirib

Bakı. TurkicWorld :

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinin birmənalı olmadığını deyib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev nümayəndəsi bu barədə jurnalistlər üçün onlayn brifinqdə deyib.

"Bəzi ölkələrdə və bütünlüklə Avropada nəticələr birmənalı olmadı", lakin demokratiya budur, - o deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti Avropa Parlamentinin tərkibindən asılı olmayaraq, Avropadakı müttəfiqləri ilə əməkdaşlıq etməyə davam edəcək.

"Biz Avropa qitəsindəki müttəfiq və tərəfdaşlarımıza hörmət edirik və mütləq inanırıqı ki, Avropa Parlamentində kimin yer alacağından asılı olmayaraq, Aİ ilə işləməyə davam edə biləcəyik", - o deyib.

Ağ Ev nümayəndəsi, həmçinin. Fransa parlamentinin buraxılmasına və ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə münasibət bildirib.

"Prezident Fransanın demokratik yolla seçilmiş liderlərinin kim olmasından asılı olmayaraq onlarla işləyəcək", - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
turkic.world

3Mənbələr