EN

Dünya Bankı iyunda Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2.3 %, 2025-ci və 2026-cı illərdə isə 2.4 % səviyyəsində proqnozlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı iyun hesabatında deyilir.

Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-2025-ci illərdə ÜDM-in artım tempi 0.1 faiz bəndi azalıb.

Cənubi Qafqazda artımın 2024-2026-cı illərdə təxminən 3.5 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.

Bank bildirir ki, Azərbaycanın 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olan karbohidrogen ixracının müəyyən qədər bərpası ilə dəstəklənəcəyi gözlənilir. Bu bərpanın Ermənistan və Gürcüstanda son illərdə müstəsna yüksək səviyyədən zəifləməsi ilə tarazlaşdırılacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
227
29
banker.az

10Sources