EN

Vətəndaşla tibb mərkəzi arasında məhkəmə çəkişməsi

Diaqnoz Tibb Mərkəzi və xəstəxananın həkim qastroenteroloq-endoskopisti Rəfail Həsənov məhkəməyə verilib.
 
 
Pravda.az-ın xəbərinə görə, Xətai Rayon Məhkəməsinə müraciəti vətəndaş Səmədova Mətanət (ad şərti) Ağagül qızı edib.
 
 
Mahiyyəti maddi və mənəvi zərərin ödənilməsi üzrə mübahisələr olan iş hakim Şərhiyar Əliyevin icraatındadır.
 
 
Sonuncu məhkəmə iclasında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsinə görə iş geri qaytarılıb. Növbəti iclas iyunun 21-də keçiriləcək.
 
 
Xəyal Quliyev
Tarix: 12 İyun 2024, 10:41   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
130
2
pravda.az

3Sources