AZ

Vətəndaşla tibb mərkəzi arasında məhkəmə çəkişməsi

Diaqnoz Tibb Mərkəzi və xəstəxananın həkim qastroenteroloq-endoskopisti Rəfail Həsənov məhkəməyə verilib.
“Yeni Gundem”-in xəbərinə görə, Xətai Rayon Məhkəməsinə müraciəti vətəndaş Səmədova Mətanət (ad şərti) Ağagül qızı edib.
Mahiyyəti maddi və mənəvi zərərin ödənilməsi üzrə mübahisələr olan iş hakim Şərhiyar Əliyevin icraatındadır.
Sonuncu məhkəmə iclasında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsinə görə iş geri qaytarılıb. Növbəti iclas iyunun 21-də keçiriləcək.
Seçilən
154
2
yenigundem.az

3Mənbələr