ABŞ-nin xam neft ehtiyatlarının keçən həftə gözləniləndən daha çox azalması fonunda neft qiymətləri bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin 37 sent və ya 0,45% artaraq 82,29 dollara çatıb.
"WTI" markalı neftin iyul müqaviləsində bir barelin dəyəri isə 46 sent və ya 0,6% artaraq 78,36 dollar olub.
Gözəl Həşimova