ABŞ-də mövsümi yanacaq tələbinin möhkəmlənməsi əlamətləri fonunda neft qiymətləri bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyul müqaviləsində bir barelin qiyməti 2 sent artaraq 81,38 dollara yüksəlib.
"WTI" markalı neftin iyun müqaviləsində bir barelin dəyəri isə 1 sent azalaraq 76,86 dollar olub.
Gözəl Həşimova