Bakı. Trend:
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Gəncə Şəhər Prokurorluğundaən Trend-ə verilən məlumata görə, iyunun 11-də 2002-ci iltəvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsukəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumatdaxil olub.
Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıloğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanıarvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələrmüəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraqibtidai istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan CeyhunMustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismindətutulub.