EN

Fatih Terimin qızı Ali Koça söz atdı - QALMAQALLI PAYLAŞIM

Türkiyəli məşhur məşqçi Fatih Terimin qızı Merve Terimin “Fənərbaxça”nın prezidenti Ali Koça söz atdığı paylaşımı diqqət çəkib.

Sportinfo/az xəbər verir ki, o, İstanbul klubunun basketbol komandasının Superliqanın final seriyasında “Anadolu Efes”ə 81:82 hesablı məğlubiyyətini şərh edib.

M.Terim instaqram hesabında matçın nəticəsini əks etdirən foto paylaşaraq üzərində “guys you dont understand what you achieved, you spoiled the big party” (dostlar, nə əldə etdiyinizi anlamırsınız, böyük partini korladınız) sözlərini yazıb.

Fənərbaxça”nın prezidenti Ali Koç Süper Liqanın 37-ci həftəsində “Qalatasaray” üzərində səfərdə qazandıqları qələbədən sonra futbolçularını oxşar sözlərlə təbrik etmişdi.

Həmin vaxt “Fənərbaxça” “Qalatasaray”ın 37-ci turda çempion olmasına mane olmuşdu.

Bu dəfə isə “Anadolu Efes” “Fənərbaxça”nın basketbol komandasını məğlubiyyətə uğradaraq final seriyasında qalib gəlməsinin qarşısını alıb.

Chosen
72
6
sportinfo.az

8Sources