Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinÉ™ istinadla xÉ™bÉ™r verir ki, ötÉ™n gecÉ™ Rusiyanın Ukrynaya endirdiyi aviazÉ™rbÉ™lÉ™rdÉ™n sonra PolÅŸa öz tÉ™yyarÉ™lÉ™rini havaya qaldırıb.Â
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatına görə, Rusiya qüvvələrinin Ukrayna ərazisinə qanadlı raket zərbələri endirməsi və "Şahed" dronları ilə hücumu ilə əlaqədar təyyarələr havaya qaldırılıb. Məlumat Komandanlığın X səhifəsində dərc edilib.
Məlumatda deyilir: "Diqqətə çatdırırıq ki, hava məkanımızda Polşanın və müttəfiqlərin təyyarələrinin uçuşa başlaması ilə əlaqədar ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artması mümkündür".
Hərbçilər Rusiyanın qanadlı raketlərlə və "Şahed" dronları ilə Ukraynanın qərb ərazilərindəki obyektlərə zərbələr endirməsini müşahidə elədiklərini bildiriblər. Rusiya aviasiyasının axırıncı dəfə iyunun 6-dan 7-nə keçən gecə bənzər fəallıq göstərdiyi qeyd edilib.
Məlumatda deyilir: "Polşanın hava məkanının təhlükəsizliyinin təminatı üçün bütün zəruri prosedurlar başladılıb. RSZ Operativ Komandanlığı isə vəziyyəti daimi nəzarətdə saxlayır".
Hürr Tərcüman