AZ

Rusiya aviasiyasının zərbələrindən sonra Polşa təyyarələri havaya qaldırıldı

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, ötən gecə Rusiyanın Ukrynaya endirdiyi aviazərbələrdən sonra Polşa öz təyyarələrini havaya qaldırıb. 

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatına görə, Rusiya qüvvələrinin Ukrayna ərazisinə qanadlı raket zərbələri endirməsi və "Şahed" dronları ilə hücumu ilə əlaqədar təyyarələr havaya qaldırılıb. Məlumat Komandanlığın X səhifəsində dərc edilib.

Məlumatda deyilir: "Diqqətə çatdırırıq ki, hava məkanımızda Polşanın və müttəfiqlərin təyyarələrinin uçuşa başlaması ilə əlaqədar ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artması mümkündür".

Hərbçilər Rusiyanın qanadlı raketlərlə və "Şahed" dronları ilə Ukraynanın qərb ərazilərindəki obyektlərə zərbələr endirməsini müşahidə elədiklərini bildiriblər. Rusiya aviasiyasının axırıncı dəfə iyunun 6-dan 7-nə keçən gecə bənzər fəallıq göstərdiyi qeyd edilib.

Məlumatda deyilir: "Polşanın hava məkanının təhlükəsizliyinin təminatı üçün bütün zəruri prosedurlar başladılıb. RSZ Operativ Komandanlığı isə vəziyyəti daimi nəzarətdə saxlayır".

Hürr Tərcüman

Seçilən
118
hurriyyet.az

1Mənbələr