EN

İrəvanda silah səsləri eşidildi

Ermənistanın paytaxtı İrəvanda silah səsləri eşidilib, Daxili İşlər Nazirliyi hadisəni araşdırır.

Teleqraf.com xəbər verir ki, təxminən yarım saat əvvəl paytaxtın Ajapnyak rayonunda atəş səsləri eşidilib.

Sakinlərin sözlərinə görə onlar avtomobildən açılan avtomat atəşinin səsini eşidiblər. Hadisə yerinə polis qrupları cəlb olunub.

Mətbuatda yayılan bir digər xəbərdə isə İrəvanda baş verən atışma nəticəsində “Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın öldürüldüyü bildirilir.


Müəllif: Teleqraf.com
Chosen
146
2
teleqraf.com

10Sources