AZ

Ermənistan paytaxtında atışma - kriminal avtoritet öldürüldü

Ermənistanın paytaxtı İrəvanda atışma olub, Daxili İşlər Nazirliyi hadisəni araşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, təxminən yarım saat əvvəl paytaxtın Ajapnyak rayonunda atəş səsləri eşidilib.

Sakinlərin sözlərinə görə onlar avtomobildən açılan avtomat atəşinin səsini eşidiblər. Hadisə yerinə polis qrupları cəlb olunub.

Mətbuatda yayılan bir digər xəbərdə isə İrəvanda baş verən atışma nəticəsində "Faz" ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın öldürüldüyü bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
7
milli.az

10Mənbələr